Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2019 14:32
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan və Ermənistan milli komandaları 2020-ci ildə keçiriləcək kiçik dövlətlərin Avropa çempinonatında eyni qrupda çıxış edəcəklər.
Qol.az Beynəlxalq Basketbol Federasiyasına istinadən xəbər verir ki, bu, Almaniyada keçirilən püşkatmadan sonra bəlli olub.
B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandıya ilə Andorra yığmaları da mübarizə aparacaq.
Kiçik dövlətlərin Avropa çempinonatı 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçiriləcək.