Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Apple'' Trampın bu tələbinə qarşı çıxdı

''Apple'' Trampın bu tələbinə qarşı çıxdı

Tarix: 21 Iyun 2025 12:24

Tayvanın elektronika istehsalçısı "Foxconn" Hindistanda "Apple"ın istehsal strategiyasında iştirakını genişləndirəcək. Şirkət ilk dəfə olaraq "iPhone" üçün metal korpusların istehsalına başlayacaq.

Sonxeber.net xəbər verir ki, "The Economic Times"ın məlumatına görə, bu addım "iPhone"un istehsalında yerli əlavə dəyəri yalnız azca artıracaq - korpus material dəyərinin cəmi 2-3%-ni təşkil edir. Sənaye analitikləri bildirir ki, "Foxconn"un Hindistanda əlavə dəyəri ümumilikdə 10%-dən çox olmayacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl "iPhone"un ABŞ-da istehsal olunmasını tələb etmiş, əks halda "Apple"ın baş direktoru Tim Kukun ən azı 25% tariflərlə üzləşəcəyini bildirmişdi.


Etiketlər:  Apple Trampın tələbinə qarşı çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ