Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2025 17:50
"Real Madrid" ulduz futbolçusu Rodriqo Qoesi satmaq istəyir.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, 90 milyon avroluq təklif olsa, braziliyalının klubdan ayrılmasına razılıq veriləcək.
Bu barədə qərarı Kral klubunun baş məşqçisi Xabi Alonso verib. Buna səbəb isə mütəxəssisinözünün istədiyi yarımmüdafiəçini almaq planıdır.
"Arsenal" Rodriqo ilə maraqlanır, lakin futbolçu özü digər variantları dəyərləndirmək istəyir. Məlumata görə, "Mançester Siti" də 24 yaşlı hücumameyilli yarımmüdafiəçisini yaxından izləyir.
Qeyd edək ki, ötən mövsüm Rodriqo komandasında 51 oyunda, 14 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarktə görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.
Hüseyn