Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ulduz futbolçu faciəvi şəkildə öldü - FOTO

Ulduz futbolçu faciəvi şəkildə öldü - FOTO

Tarix: 3 Iyul 2025 12:48

"Liverpul"un portuqaliyalı ulduzu Dioqo Jota yol qəzasında həyatını itirib.

Sonxeber.net xəbər verir ki, "Liverpul"un 28 yaşlı portuqaliyalı futbolçusu Dioqo Jota bu gün səhər saatlarında Zamora əyalətində baş verən yol qəzasında həyatını itirib.

Məlumata görə, qəza A-52 magistralının 65-ci kilometrliyində, Palasios de Sanabria bələdiyyəsi ərazisində baş verib.

Dioqo 26 yaşlı qardaşı André ilə birlikdə getdiyi avtomobilin yoldan çıxaraq alov alması nəticəsində həyatını itirib.

Mətbuatın yazdığına görə, Jotanın qardaşı da qəzada həlak olub. 

Qeyd edək ki, Dioqo Jota 5 gün əvvəl evlənmişdi. Onun 3 övladı var.


Etiketlər:  Ulduz futbolçu faciəvi şəkildə öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ