Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2025 22:32
"Ağdamın Xıdırlı kəndində 1498 fərdi evin inşası nəzərdə tutulur".
Sonxeber.net xəbər verir ki, bunu "Prezidentin izi ilə" ənənəvi media turunda iştirak edən jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Sərabi söyləyib.
"Xıdırlı kəndi Ağdam şəhər mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417,30 hektardır. Tikintinin ilkin mərhələsi üzrə layihələndirilən ərazinin sahəsi 170 hektardan çoxdur. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır", ‒ deyə o, əlavə edib.