Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fərid Abuşov işdən çıxdı

Fərid Abuşov işdən çıxdı

Tarix: 8 Iyul 2025 15:32

"Unibank" ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov işdən çıxıb.

Sonxeber.net bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, "Unibank"ın səhmdarlarının qərarına əsasən, onun vəzifəsini müvəqqəti olaraq müavini Heybət Qədirov icra edəcək. O, 2008-ci ildən Bankda çalışır.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,386 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.


Etiketlər:  Fərid Abuşov işdən çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ