Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkələr dollara alternativ tapdı

Bu ölkələr dollara alternativ tapdı

Tarix: 11 Iyul 2025 21:52

Misir və Çin arasında yerli valyutalarla ticarəti gücləndirəcək və dollar asılılığını azaldacaq yeni maliyyə sazişləri imzalanıb.

Sonxeber.net xəbər verir ki, razılaşmalar Çin Baş naziri Li Çianın Qahirəyə rəsmi səfəri çərçivəsində həyata keçirilib.

Misir Mərkəzi Bankının yaydığı məlumata görə sənədlər arasında valyuta mübadiləsi haqqında memorandum, Panda istiqrazlarının buraxılması ilə bağlı razılaşmalar və rəqəmsal ödəniş sistemlərinin inteqrasiyasını nəzərdə tutan protokollar yer alıb. Tərəflər yuan və Misir funtu ilə aparılan ticarətin həcmini artırmağı planlaşdırır.

Razılaşmalara əsasən Çinin milli ödəniş sistemi UnionPay Misirin Texnologiyaların İnkişafı Bankları Şirkəti ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində UnionPay kartlarının Misir bazarında istifadəsi genişləndiriləcək, həmçinin ölkənin elektron ödəniş infrastrukturu təkmilləşdiriləcək.

Bundan əlavə, PayMob rəqəmsal platforması ilə imzalanan saziş vasitəsilə kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal ödəniş imkanlarına çıxışı artırılacaq.

Ekspertlər bu addımı qlobal maliyyə sistemində dollar alternativlərinin gücləndirilməsi və Çinin beynəlxalq rolunun genişlənməsi baxımından strateji əhəmiyyətli qiymətləndirir.


Etiketlər:  ölkələr dollara alternativ tapdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ