Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2025 18:02
İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Roberto Firmino karyerasını Qətərdə davam etdirəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı hücumçu "Əl-Sədd"də çıxış edəcək.
Qeyd edək ki, braziliyalı forvard 2023-cü ildən Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasının formasını geyinib. O, 65 matçda 21 qol bə 17 məhsuldar ötürmə ilə yadda qalıb. /"Report"