Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarpızı bunlara görə yeməliyik - faydaları

Qarpızı bunlara görə yeməliyik - faydaları

Tarix: 14 Iyul 2025 05:06

Qarpız yay fəslinin ən sevimli qida məhsullarından biridir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki,  orqanizm üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, həzmə kömək edir, qanı durulaşdırır.

Qarpız 92% su ehtiva edən meyvədir. Bu xüsusiyyəti ilə maye itkisinin qarşısını ala və bədənin ehtiyacı olan suyun bir hissəsini qarşılaya bilir.

Bu meyvənin tərkibində likopen kimi güclü antioksidantlar var və hüceyrə zədələnməsini azaltmağa, immunitet sistemini dəstəkləməyə kömək edir.

Qarpızda olan likopen, beta karoten və lutein kimi antioksidantlar bədəni xərçəngdən qoruya bilir.

A vitamini deposu olan bu meyvə dəri, diş və sümüklərin sağlam qalmasına yardımçı olur.

Bundan başqa qarpızda əzələlərin rahatlamasına kömək edən və əzələ ağrısını aradan qaldıran mineral maqnezium var.

Beləliklə qarpız:

Qan təzyiqini tənzimləməyə və təzyiqi nəzarət altında saxlamağa kömək edir.

Xroniki xəstəliklərin riskini azaldır.

Bədəndə yağ yığılmasının qarşısını alır.

Oksidləşdirici stressi azaldaraq ürəyi qoruyur.

Həzmi tənzimləyir.

Susuzluğun qarşısını alır.

Yaddaşı gücləndirir.

Əzələ ağrılarını azaldır.

Kollagen istehsalını artırır, dərini nəmləndirir.

Saç hüceyrələrini dəstəkləyir.


Etiketlər:  Qarpızı bunlara görə yeməliyik faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ