Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Jurnalistlər ''Formula 1'' üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin gedişatı ilə tanış oldular - FOTOlar

Jurnalistlər ''Formula 1'' üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin gedişatı ilə tanış oldular - FOTOlar

Tarix: 18 Iyul 2025 14:00

Sentyabr ayında Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri tamamlanmaq üzrədir.

Sonxeber.net xəbər verir ki, jurnalistlər üçün görülən işlərlə tanışlıq məqsədli media tur təşkil edilib.

Media nümayəndələri Hökumət evinin qarşısında quraşdırılmaqda olan paddokdan başlayaraq aparılan tikinti işləri ilə yaxından tanış olublar.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tikinti şöbəsinin meneceri Sübhan Manafzadə jurnalistlərin suallarına cavab olaraq  trekin hazırkı vəziyyəti, paddok sahəsində görülən işlərdən, tribunaların quraşdırılması və yarışa hazırlıq proseslərindən danışıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Tural


Etiketlər:  Jurnalistlər Formula üzrə Azərbaycan Qran prisinə hazırlıq işlərinin gedişatı ilə tanış oldular FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ