Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2025 12:40
"Fənərbağça" İdman Klubunun prezidenti Ali Koç Klublar Birliyi Fondunun (Klublar Assosiasiyası) prezidenti vəzifəsindən ayrılmağa qərar verib.
Sonxeber.net xəbər verir ki, Koç 2022-ci ilin iyun ayından bu vəzifəni icra edirdi.
Məlumata görə, Ali Koç 29 iyulda keçiriləcək Baş Assambleya zamanı vəzifəsini yeni şəxsə təhvil verəcək. O, klub nümayəndələrinin və ictimaiyyətin çağırışlarına baxmayaraq, bu postda qalmaqdan imtina edib və göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Xüsusilə keçən mövsüm "Qalatasaray" istisna olmaqla bütün klubların dəstəyi ilə yenidən Klublar Birliyi prezidenti seçilən Koçun bu qərarı Türkiyə futbol ictimaiyyətində diqqətlə izlənir.
Ali Koçun sədrlik dövründə Klublar Assosiasiyası bir sıra vacib struktur və maliyyə məsələləri ilə məşğul olub. Yeni prezidentin kim olacağı isə 29 iyul tarixində keçiriləcək toplantıdan sonra bəlli olacaq.