Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

David Luis Avropaya qayıdır - SON DURUM

David Luis Avropaya qayıdır - SON DURUM

Tarix: 23 Iyul 2025 12:54

Braziliya millisinin sabiq müdafiəçisi, hazırda "Fortaleza"da çıxış edən David Luis klubunu dəyişə bilər. 

Sonxeber.net xəbər verir ki, informasiyanı "Globo Esporte" yayıb. 

Mənbənin məlumatına görə, 38 yaşlı futbolçu Kipr "Pafos"undan təklif alıb. Futbolçunun tezliklə Braziliya klubunun rəhbərliyi - baş direktor Marselo Paz, həmçinin baş məşqçi Renato Paiva ilə görüşüb gələcəyini müzakirə edəcəyi gözlənilir. Luisin Kipr variantına isti yanaşdığı bildirilir. 

Təcrübəli müdafiəçinin "Fortaleza" ilə müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub və müqaviləni daha bir mövsüm uzatmaq imkanı var. 

Luis bu mövsüm 17 oyun keçirib, qol vurmayıb.

Xatırladaq ki, David Luis vaxtillə Avropada "Benfika", "Çelsi", PSJ və "Arsenal"da oynayıb./fanat.az 


Etiketlər:  David Luis Avropaya qayıdır DURUM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ