Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zirə'' tarixinin ən bahalı satışı: Rəşad Sadıqov Sumanın transferinin detallarını AÇIQLADI

''Zirə'' tarixinin ən bahalı satışı: Rəşad Sadıqov Sumanın transferinin detallarını AÇIQLADI

Tarix: 23 Iyul 2025 22:26

Rəşad Sadıqov "Zirə"dən ayrılan Salifu Sumanın "Malmö"yə transferinin detallarını açıqlayıb. 

Sonxeber.net xəbər verir ki, qvineyalı vinger 1,3 milyon avroya İsveç klubuna transfer edilib. R.Sadıqov Konfrans Liqası üzrə "Hayduk"a qarşı oyundan sonra keçirilən mətbuat konfransında Sumanın transferi barədə danışıb:

"Bizim futbolçunun xarici skautların diqqətini cəlb etməyi gözəldir. Suma adına çox sevinirəm. Onun ilk gəldiyi günü xatırlayıram. Qışda da yaxşı təklifləri var idi. Mən ona deyirdim ki, tələsmə, daha yaxşı təkliflərin olacaq. Bu yay da çoxlu təkliflər almışdı. Qərar verdik ki, "Malmö" olsun. Onlardan da daha çox təklif edən klublar var idi. Amma onun üçün hər mövsüm avrokuboklarda oynayan "Malmö"nün daha uyğun olduğunu düşündük", deyə mütəxəssis qeyd edib.

 


Etiketlər:  Zirə tarixinin bahalı satışı Rəşad Sadıqov Sumanın transferinin detallarını AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ