Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2025 23:52
"Şelburn"un baş məşqçisi Con Obrayan Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında keçirilən "Qarabağ"la matçı (0:1) şərh edib.
Sonxeber.net sportal.az saytına istinadən xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyunda 0:3 uduzsanız da, bu gün daha az risk edirdiniz, 5 müdafiəçi ilə oynayırdınız. Daha ağır hesabla uduzmaq istəmirdiniz?
- Birinci oyunu da bu cür oynamışdıq. Onda da müdafiəçilərimiz çox idi. Böyük stadion idi, ağır atmosferdə oynayırdıq. İlk hissədə 0:0 olmasını istəyirdik ki, ikinci hissədə dəyişikliklər edək.
- Növbəti mərhələdə hansı rəqiblə oynamaq istəyərdiniz: FCSB, yoxsa "Şkendiya"?
- Buna qədər onu fikirləşmirdik. Bu oyuna fokuslanmışdıq. Hər ikisi güclüdür.
- "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsinə düşmək potensialını görürsünüz?
- "Qarabağ"ın elə təcrübəsi var. İllərdir ki, avrokuboklarda oynayırlar. Yaxşı oyunçuları var. Getdikcə oyunlar daha da çətinləşəcək.
- Məğlubiyyətinizin səbəbini nədə görürsünüz? Siz yaxşı oynamadınız, yoxsa "Qarabağ" güclü idi?
- Dublində ikinci hissədə qol şanslarımız var idi. Səhvlər edərək, qollar buraxdıq. Bugünkü oyuna da yaxşı hazırlaşmışdıq. Təəssüf ki, birinci hissənin sonunda buraxdığımız qol oldu. Hesabı bərabərləşdirə bilərdik, amma alınmadı.
- Sizcə, "Qarabağ"a qarşı doğru taktika seçmişdiniz?
- Çox səhv etmirəm. 1:0-dan sonra imkanlarımız var idi. "Qarabağ" kimi komandalara qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur.