Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona"ya şöhrət dalınca gəlməmişəm" - Qrizmann

Tarix: 12 Dekabr 2019 20:16

“Barselona”nın futbolçusu Antuan Qrizmann onu “Atletiko”dan Kataloniya klubuna keçidinə görə tənqid edən madridli azarkeşlərə cavab verib.

Qol.az xəbər verir ki, fransalı hücumçusu “Marca”ya açıqlamasında “Barselona”ya şöhrət dalınca gəlmədiyini deyib:

“Ateltiko”dan Çempionlar Liqasını və digər titulları qazanmaq üçün ayrılmamışam. Barselonaya yeni oyun üslubu, yeni fəlsəfə öyrənmək üçün köçmüşəm. “Atletiko” istəinlən mövsüm Çempionlar Liqası və İspaniya La Liqasını qazana bilər”.

Qeyd edək ki, Qrizmann bu yay 120 milyon avro qarşılığında “Atletiko”dan “Barsa”ya keçib. O, cari mövsüm La Liqada 14 oyuna 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

 


Etiketlər:  Barselonaya şöhrət dalınca gəlməmişəm Qrizmann


RƏYLƏR