Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda beşmərtəbədə yanğın - 15 nəfər təxliyə olundu

Bakıda beşmərtəbədə yanğın - 15 nəfər təxliyə olundu

Tarix: 12 Dekabr 2019 21:27

Bakı. Trend:

Bakıda beşmərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 12 ədəd sayğac yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb


Etiketlər:  Bakıda beşmərtəbədə yanğın 15 nəfər təxliyə olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ