Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 07:28
Bakı. Trend:
Dekabrın 12-də Bağdadın mərkəzində Təhrir Meydanında naməlum şəxs tərəfindən etirazçılara açılan atəş nəticəsində altı nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə "Sky News" telekanalı bildirib.
Yüzlərlə etirazçının iki aydır müntəzəm toplaşdığı Təhrir Meydanında çərşənbə axşamı günündən bəri minlərlə iraqlının iştirak etdiyi mitinq davam edir. Onlar tələbləri yerinə yetirilməyənə qədər meydanı tərk etməmək niyyətindədirlər.
Hazırda yeni hökumətin təcili qurulması, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi əsas tələblərdəndir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin