Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus idmançı Bosfor boğazını keçərkən yoxa çıxdı - FOTO

Rus idmançı Bosfor boğazını keçərkən  yoxa çıxdı - FOTO

Tarix: 25 Avqust 2025 12:14

29 yaşlı rusiyalı idmançı Nikolay Sveçnikov avqustun 24-də qitələrarası üzgüçülük yarışında Bosfor boğazını keçərkən yoxa çıxıb.

Sonxeber.net xəbər verir ki, üç min iştirakçı arasında finiş xəttinə qayıtmayan yeganə şəxs o olub.

Hər il keçirilən üzgüçülük müsabiqəsi Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunur və 37-ci dəfədir ki, 81 ölkədən üzgüçüləri bir araya gətirir.

Sveçnikov üzgüçülük üzrə idman ustası, üzgüçülük məktəbinin əsasını qoyan moskvalıdır.

O, avqustun 23-də İstanbula gəlib. İstanbul polisi Sveçnikovun tapılması üçün axtarış-xilasetmə işlərini davam etdirir. /Lent.az 


Etiketlər:  idmançı Bosfor boğazını keçərkən yoxa çıxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ