Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 13:57
Bakı. Trend:
Unibank ATM-lərini yeniləyərək üç funksiyalı edib.
Unibankdan Trend-ə verilən məlumata görə, indi bankın bütün bankomatları cash-in (mədaxil), cash out (məxaric) və valyuta mübadiləsi imkanına malikdir. Unibank hazrda ölkəmizdə bütün ATM-ləri üç funksiyanı özündə birləşdirən bankomat şəbəkəsinə malik ilk bankdır.
Bütün ATM şəbəkəsinin həm pul daxil etmək, həm pul çıxarmaq, həm də valyuta mübadiləsi imkanı olan bankomatlarla əvəzlənməsi, “Unibank”ın rəqəmsal bankçılığın inkişafı istiqamətində daha bir addımıdır. Məqsəd, müştərilərə daha geniş innovativ xidmətlər təklif etməkdir. Yalnız cash-out imkanı verən əvvəlki bankomatları əvəz edən yeni qurğuların interfeys rahatlığından tutmuş, cash-in, cash out və valyuta mübadiləsi funksiyalarınadək bir çox üstünlükləri var. Bu funksiyaların bir aparatda birləşdirilməsi isə müştərinin rahatlığını artırmaqla yanaşı, onu banka gəlmək, növbədə gözləmək, daha çox vaxt itirmək, ayrı-ayrılıqda bankomat və cash in axtarmaq kimi qayğılardan azad edir. Yəni bütün bu əməliyyatlar üçün lazım olan funksiyalar indi bir aparatda - yeni bankomatlarda birləşdirilib.
Yeni interfeys, ekranın touch screen olması və xüsusi qoruyucu örtüklə təchiz edilməsi, həm rahatlıq, həm də əlavə təhlükəsizliyi təmin edir. Yeni ATM-lərdə mədaxil etmək daha rahatdır, çünki cash-in qurğusundan fərqli olaraq əskinasları aparata bir-bir salmağa ehtiyac yoxdur. Yeni bankomat birdəfəyə 300 ədəd əskinas mədaxil etmək, 210 ədəd əskinası isə məxaric etmək funksiyasına malikdir. Qurğunun valyuta mübadiləsi funksiyasına malik olması, müştərilərin bu sahədəki tələbatını ödəmək üçün çox vacib əhəmiyyətə malikdir. Müştərilər rahat şəkildə dollar və manat arasında qarşılıqlı valyuta mübadiləsi edə bilirlər.
Yeni bankomatlarda “Unitransfer” pulköçürmə sistemi vasitəsi ilə göndərilən vəsaiti nağdlaşdırmaq da mümkündür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin