Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2025 15:05
Türkiyənin məşhur "Yabancı damat" serialında "Memik dede" obrazı ilə tamaşaçıların yaddaşına həkk olunan aktyor Arif Erkin Güzelbeyoğlu vəfat edib.
*Sonxeber.net "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə aktyorun oğlu Mehmet Güzelbeyoğlu məlumat verib.
Türk kino və teatrının tanınmış simalarından olan sənətkar 90 yaşında dünyasını tərk edib.
1935-ci il 11 sentyabrda Qaziantepdə doğulan Arif Erkin Güzelbeyoğlu sənət həyatında memarlıq, musiqi və aktyorluğu özündə birləşdirib. O, İstanbul Radiosunda solist və xor ifaçısı kimi çıxış edib, bir çox teatr tamaşalarına musiqi bəstələyib.
Sənətkar "İkinci bahar" serialındakı "Zülfikar ağa" və "Yabancı damat"dakı "Memik dede" rolları ilə geniş tamaşaçı kütləsinin sevgisini qazanıb.
Hüseyn