Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 18:36
"Yuventus"un baş məşqçisi Maurisio Sarri Çempionlar Liqasında mübarizə aparan komandalar haqqında danışıb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis turnirdə "şəhərlilər"ə azarkeşlik etdiyini deyib: "Çempionlar Liqasının bu mövsümündə ən sevimli komandanı soruşanda dərhal "Mançester Siti"nin adını çəkdim. Bu komanda mən heyran edir. Çox güman ki, bu mövsüm Premyer Liqadan daha çox Avrokuboka diqqət ayırırlar".
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqanın turnir cədvəlində 32 xalla 3-cü yeri tutur.