Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO)

UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO)

Tarix: 13 Dekabr 2019 19:45

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı və “İstedadlı Əlillər” İctimai Birliyinin dəstəyi ilə “Musiqidən-Ürəklərə” adlı inklüziv konsert proqramı keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, konsertin məqsədi fiziki məhdudiyyətli insanların problemlərinə daha çox diqqət ayırmaq, onların hüquqlarını qorumaq və karyera inkişafına dəstək olmaqdır.

Tədbirdə UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev fiziki məhdudiyyətli şəxslərin sosial rifah halının yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası və ictimai həyatın bütün sahələrində fəal iştirak etməsinin ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu deyib. A.Rzayev UNEC-də yaradılan inklüziv təhsil mühitindən də söz açıb. UNEC-də 63 nəfər fiziki məhdudiyyətli tələbənin təhsil aldığını deyən A.Rzayev, universitetdə onlar üçün müvafiq şəraitin yaradıldığını vurğulayıb.

Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin İB sədri Təranə Məmmədova tədbirin əhəmiyyətindən danışıb.

Sonra UNEC ilə Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, ictimai birlik tərəfindən UNEC müəllimləri üçün treninqlər təşkil olunacaq, fiziki məhdudiyyətli tələbələrə psixoloji və loqoped dəstəyi göstəriləcək.

Sonra “Qayğı” Əlilliyi Olan Uşaqlar üçün Reabilitasiya Mərkəzi, “Birgə və sağlam” İctimai Birliyinin yetirmələri, DanceAbility-İnklüziv rəqs qrupunun nümayəndələri, “Evdə Təhsil” məktəbinin şagirdləri və eləcə də görmə məhdudiyyətli gənclər öz repertuarlarını nümayiş etdiriblər.

UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO) UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı (FOTO)


Etiketlər:  UNEC dən Musiqidən Ürəklərə adlı inklüziv konsert proqramı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ