Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə hökuməti: Ermənilərin iddiaları Ankaraya siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilməz

Türkiyə hökuməti: Ermənilərin iddiaları Ankaraya siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilməz

Tarix: 13 Dekabr 2019 20:39

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddiaları Türkiyəyə siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilməz.

Bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Bildirilib ki, ABŞ Senatının qəbul etdiyi qondarma “erməni soyqırımı” barədə qətnamə heç bir hüquqi əsasa malik deyil və Ankara bu sənədi qətiyyətlə pisləyir:

“Siyasi təcrübə göstərir ki, qondarma “erməni soyqırımı”nı hər zaman üçüncü qüvvələr istifadə edir”.

O da qeyd olunub ki, vaxtilə Ankara Ermənistanı 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiyası yaratmağa çağırıb, amma Ermənistan öz tarixindən qorxduğur üçün bu çağırışa heç bir reaksiya verilməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyə hökuməti Ermənilərin iddiaları Ankaraya siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ