Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəmkirdə sərxoş sürücü piyadanı vurub öldürdü

Şəmkirdə sərxoş sürücü piyadanı vurub öldürdü

Tarix: 16 Dekabr 2019 09:52

Bakı. Samir Əli - Trend:

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Şəmkir- Düyərli yolunun 8-ci kilometrliyində qeydə alınıb.

Rayonun Dəllər-Çırdaxan kənd sakini, 1965-ci il təvəllüdlü Həsənov Qara Abdulla oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ 2107" markalı 57 BK 322 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Düyərli kənd sakini, 1967-ci il təvəllüdlü Rüstəmov Cəmaləddin Hidayət oğlunu vuraraq hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.


Etiketlər:  Şəmkirdə sərxoş sürücü piyadanı vurub öldürdü


RƏYLƏR