Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada 600 kilometrdən çox tıxac yaranıb

Fransada 600 kilometrdən çox tıxac yaranıb

Tarix: 16 Dekabr 2019 16:16

Bakı. Trend:

Fransada paytaxt Parisi əhatə edən İl-de-Frans regionunda genişmiqyaslı tətil və yağışlı hava şəraiti ilə əlaqədar yollarda 600 kilometrdən çox tıxac yaranıb.

Trend-in məlumatına görə, hökumətin pensiya islahatlarına qarşı tətil 12-ci gündür ki, davam edir.

Dekabrın 5-dən başlayan tətillərdə müxtəlif kateqoriyadan olan sakinlər iştirak edir.

Bu gün səhər saatlarından etibarən Parisə gedən yollarda ümumilikdə 630 kilometrlik tıxac müşahidə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Fransada kilometrdən çox tıxac yaranıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ