Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR-Petrofac birgə müəssisəsi BP ilə xidmət müqaviləsi imzalayıb

SOCAR-Petrofac birgə müəssisəsi BP ilə xidmət müqaviləsi imzalayıb

Tarix: 16 Dekabr 2019 18:48

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə müəssisə olan Böyük Britaniyanın “Petrofac” şirkəti Azərbaycan və Gürcüstanda BP-nin əməliyyatlarının dəstəklənməsi üçün layihələrin idarə olunması xidmətləri üzrə müqavilə imzalayıb.

Trend bu barədə “Petrofac” şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, müqavilə 3 il müddətinə imzalanıb.

Müqavilə Xəzər regionunda dənizdə və quruda, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz boru kəməri, Qərb boru kəməri (WREP) layihələrində BP-nin əməliyyatlarını əhatə edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  SOCAR Petrofac birgə müəssisəsi ilə xidmət müqaviləsi imzalayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ