Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 20:54
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nizamnamə fondu 5 milyon manatdan 10 milyon 126 118 min manata artırılır.