Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 08:14
"Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, baş vermiş fəlakətlərdə vətəndaşın əmlakına dəyən zərəri dövlət ödəsin".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar naziri, general-polkovnik FHN-in yaradılmasının 14 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazir əmlakların fövqəladə hallara qarşı sığortalanması məsələsinə toxunaraq qeyd edib ki, müxtəlif fəlakətlər, o cümlədən yanğın, zəlzələ, sel və s. nəticəsində dəymiş ziyanın əvəzinin dövlət tərəfindən ödənilməsi yalnız Azərbaycanda baş tutan və digər ölkələrdə analoqu olmayan bir reallıqdır. Bu isə ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü humanist siyasətin daha bir təzahürüdür.