Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı peyvənd tətbiqi xidməti həyata keçirilir

Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı peyvənd tətbiqi xidməti həyata keçirilir

Tarix: 17 Dekabr 2019 10:21

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan Vaxigrip peyvəndinin tətbiqi xidməti uğurla həyata keçirilir.

Mərkəzi Gömrük Hospitalından Trend-ə verilən məlumata görə, qrip epidemiyaları zamanı insanların yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir.

Vaxigrip - böyüklər üçün qripin profilaktikası üçün vurulan peyvənddir. Vaxigrip vaksini ilə immunlaşma zamanı 80-85% insanlarda qrip virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra ən azı 1 il ərzində orqanizmdə qalır və orqanizmi qoruyur.
Vaxigrip peyvəndinin tətbiqi ilə bağlı ətraflı məlumat üçün (012) 404 08 08 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı peyvənd tətbiqi xidməti həyata keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ