Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toy günü dava edib ayrıldılar - FOTO

Toy günü dava edib ayrıldılar - FOTO

Tarix: 17 Dekabr 2019 12:36

İngiltərədə toy zamanı bəyin qardaşı gəlinə hücum edib, onu döyüb və pilləkənlərdən itələyib. Bundan sonra yeni evlənənlər ayrılmaq qərarına gəliblər. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ən qısa evlilik kimi tarixə düşəcək hadisə barədə "Daily Mail" xəbər yayıb.

Stefani Uilson və Erin Meyson-Corc 2019-cu ilin iyulun 27-də Keredigion şəhərində evlənib.

Təntənəli tədbiri qeyd edərkən, 25 yaşlı bəyin böyük qardaşı çoxlu içki içərək gəlinə hücum edib və onu pilləkəndən itələyib.

Gəlinin ana və bacısı da onun qəzəbinə tuş gəlib.

Sevdiyi qadın və qardaşı arasında seçim etmək məcburiyyətində qalan bəy ailəsini seçib, bununla da dava başlayıb.


Etiketlər:  günü dava edib ayrıldılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ