Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ronaldonu əvəz etmək çox çətindir” – Messi

“Ronaldonu əvəz etmək çox çətindir” – Messi

Tarix: 17 Dekabr 2019 14:58

“Barselona”nın hücumçusu Lionel Messi “Real”ın yeni transferi Eden Hazardı hazırda “Yuventus”da oynayan Kriştiano Ronaldo ilə müqayisə edib.

Qol.az xəbər verir ki, sabah “Nou-Kamp”da keçiriləcək “El-Klassiko” öncəsi jurnalistlərdən biri argentinalıya belə bir sual ünvanlayıb: “Sizcə, Hazard Ronaldonu əvəzetməyə və superulduz olmağa qadirdirmi?”

Messi buna cavab olaraq deyib: “Eden bacarıqlı futbolçudur. O, müdafiənin yükünü azalda bilir. Fikrimcə, Kriştianodan fərqlənir. Hazardın başqa keyfiyyətləri var. Ronaldonu əvəz etmək çox çətindir. Amma Hazard da böyük oyunçudur”.

 


Etiketlər:  Ronaldonu əvəz etmək çox çətindir Messi


RƏYLƏR