Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quş qripi ilə bağlı növbəti monitorinqlərə başlanır

Quş qripi ilə bağlı növbəti monitorinqlərə başlanır

Tarix: 17 Dekabr 2019 16:18

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 16–20 dekabr tarixlərində növbəti epizootoloji monitorinqlər keçirəcək.

AQTA-dan Trend-ə verilən məlumata görə, monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərini əhatə edəcək.

Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı həyətyanı təsərrüfatlarda seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Quş qripi ilə bağlı növbəti monitorinqlərə başlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ