Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakıda havanın temperaturu iqlim normasından yüksəkdir''

''Bakıda havanın temperaturu iqlim normasından yüksəkdir''

Tarix: 17 Dekabr 2019 17:26

"Hazırda Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə yüksəkdir".

Sonxeber.net xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. 

O bildirib ki, temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi, Bakıda və Abşeron yarımadasında 12-16°, Mərkəzi Aran rayonlarında 13-18°, dağlıq rayonlarda 8-13° isti olacağı gözlənilir:  "Yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyinin sürəti ayrı-ayrı yerlərdə arabir 15-18 m/s olacaq".


Etiketlər:  Bakıda havanın temperaturu iqlim normasından yüksəkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ