Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda koksaki virusunun olduğu təsdiqləndi

Azərbaycanda koksaki virusunun olduğu təsdiqləndi

Tarix: 17 Dekabr 2019 17:58

Son vaxtlar Azərbaycanda əhali, xüsusilə uşaqlar arasında yeni bir xəstəlik yayılıb. Həkimlər bədəndə səpki, ishal, qusma simptomları ilə müşayiət olunan bu xəstəliyin koksaki virusu olduğunu bildirirlər.

Səhiyyə Nazirliyindən ölkədə bu virusun olduğunu Trend-ə təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, Azərbaycanda koksaki virusuna yoluxma halları var. Artıq bəzi şəxslərə koksaki diaqnozu qoyulub.

Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev Trend-ə bildirib ki, bu xəstəliyin diaqnozu reaktivlərlə qoyulur.

Onun sözlərinə görə, bu xəstəliyə yoluxanlar həkim nəzarəti altında müalicə olunmalıdırlar. Onlar gün ərzində çoxlu maye qəbul etməli, qidalanma zamanı meyvə-tərəvəzdən istifadəyə üstünlük verməlidirlər:


Etiketlər:  Azərbaycanda koksaki virusunun olduğu təsdiqləndi


RƏYLƏR