Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bizim Albert” rəqs festivalının yekun konserti keçirildi

“Bizim Albert” rəqs festivalının yekun konserti keçirildi

Tarix: 17 Dekabr 2019 19:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və  Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin  birgə təşkilatçılığı ilə dekabrın 14-də Azərbaycanın Milli Qəhrəmanı  Albert Aqarunovun 50 illiyinə həsr edilmiş "Bizim Albert" adlı rəqs festivalının yekun konserti keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdən əvvəl festivalın təşkilatçıları, qəhrəmanın döyüş dostları, festivalda iştirak edən kollektivlərin rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsini  ziyarət ediblər.

Festivalın məqsədi uşaq, yeniyetmə və gənclərimizdə millətindən asılı olamayaraq Azərbaycanı sevmək, qorumaq, onlarda vətənpərvərlik, qəhrəmanlıq hisslərini aşılamaq, gücləndirilmək, müxtəlif milli mədəniyyətlərin birliyini təbliğ etməkdir.

Rəqs kollektivlərinin çıxışından əvvəl musiqişünas Pərvin Səfərlinin  Milli Qəhrəmanın həyatından, qəhrəmanlığından onun haqqında çəkilən sənədli filmlərdən  fraqmentlər nümayiş etdirməklə  hazırladığı maraqlı məruzə qonaqlara təqdim edilib.  Milli Qəhrəmanın döyüş dostları ürək sözlərini, xatirələrini dinləyicələrlə bölüşüb. Yekun konsert  Aynur Kərimbəyovanın  Milli Qəhrəmana həsr etdiyi "Vətən övladı Albert" adlı mahnısının  ifası ilə başlayıb.


Etiketlər:  Bizim Albert rəqs festivalının yekun konserti keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ