Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bizim Albert” rəqs festivalının yekun konserti keçirilib - FOTO

“Bizim Albert” rəqs festivalının yekun konserti keçirilib - FOTO

Tarix: 17 Dekabr 2019 21:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə dekabrın 14-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illiyinə həsr edilmiş "Bizim Albert" adlı rəqs festivalının yekun konserti keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdən əvvəl festivalın təşkilatçıları, qəhrəmanın döyüş dostları, festivalda iştirak edən kollektivlərin rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsini ziyarət ediblər.

Festivalın məqsədi uşaq, yeniyetmə və gənclərimizdə millətindən asılı olamayaraq Azərbaycanı sevmək, qorumaq, onlarda vətənpərvərlik, qəhrəmanlıq hisslərini aşılamaq, gücləndirilmək, müxtəlif milli mədəniyyətlərin birliyini təbliğ etməkdir.

Rəqs kollektivlərinin çıxışından əvvəl musiqişünas Pərvin Səfərlinin Milli Qəhrəmanın həyatından, qəhrəmanlığından onun haqqında çəkilən sənədli filmlərdən fraqmentlər nümayiş etdirməklə hazırladığı maraqlı məruzə qonaqlara təqdim edilib. Milli Qəhrəmanın döyüş dostları ürək sözlərini, xatirələrini dinləyicələrlə bölüşüb. Yekun konsert Aynur Kərimbəyovanın Milli Qəhrəmana həsr etdiyi "Vətən övladı Albert" adlı mahnısının ifası ilə başlayıb.


Etiketlər:  Bizim Albert rəqs festivalının yekun konserti keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ