Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İştahı artıran, köplə mübarizə aparan - Hilin əvəzsiz FAYDALARI

İştahı artıran, köplə mübarizə aparan -  Hilin əvəzsiz FAYDALARI

Tarix: 17 Dekabr 2019 22:22

Ədviyyatlar içərisində hil çox məşhurdur. Hətta orta əsrlərdə Avropada hil dərman hesab olunurdu və apteklərdə satılırdı.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, hil efir yağları, kalsium, fosfor, maqnezium, sink, dəmir, B qrupu vitaminləri, C vitamini, əvəzsiz yağlı turşularla zəngindir. Belə zəngin tərkib hili bütün insanın orqanizmi üçün çox faydalı edir. Bu ədviyyat həzm prosesləri yaxşılaşdırır. Məhz bu səbəbdən bəzi şərq ölkələrində hilin toxumlarını yeməkdən sonra çeynəyirlər.
Bundan əlavə, hil ağızdan gələn pis qoxunu da yox edir. Hil ürəkbulanmasını aradan götürür. Ürəkbulanmasından əziyyət çəkən hamilə qadınlar hildən istifadə edə bilərlər. Hil iştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, köplə mübarizə aparır, artıq çəkidən azad olmağa kömək edir.

Hil təbii antiseptikdir. Orqanizmdə olan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır. Soyuqdəymə xəstəlikləri zamanı onu mayelərə əlavə edib xəstəyə vermək olar. Hil ağız boşluğunda olan mikroblarla mübarizə aparır, diş ağrısını azaldır.

Angina, faringit zamanı hil dəmləmələri ilə qarqaralar çox yaxşı təsir edir.


Etiketlər:  İştahı artıran köplə mübarizə aparan Hilin əvəzsiz FAYDALARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ