Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2019 10:52
Bakı. Elçin Mehdiyev - Trend:
Pirallahı rayonunda yaşayan bütün məcburi köçkünlər yaxın aylar ərzində müasir mənzillərə təmin ediləcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin probleminin həll edilməsi üçün işlər aparılır: "Bu, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın gündəlik nəzarətində olan məsələlərdir və Komitə verilən tapşırıqlar əsasında fəaliyyət göstərir. Yaxın aylarda Pirallahı rayonunda yaşayan bütün məcburi köçkünlər müasir mənzillərə təmin ediləcək".
Komitə sədri qeyd edib ki, təxminən ilyarımdan sonra artıq biz Bakının biz neçə rayonun adını çəkə biləcəyik ki, bütün məcburi köçkünlər müasir mənzillərlə təmin olunacaq.
Rövşən Rzayev əlavə edib ki, dövlət başçısı tərəfindən qəzalı binalarda müvafiq işlərin görülməsi barədə də tapşırıq verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin