Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çelsi''ni məğlub etməyi arzulayırdıq'' - ''Ayntraxt''ın baş məşqçisi

''Çelsi''ni məğlub etməyi arzulayırdıq'' - ''Ayntraxt''ın baş məşqçisi

Tarix: 10 May 2019 11:00

"Çelsi"ni təbrik edirəm. Xəyallarımızı gerçəkləşdirə bilmədiyimiz üçün məyusam. Ancaq "Stemford Bric"də belə oynamaq asan deyil. Oyunçularımla qürur duyuram".

Qol.az-ın məlumatına görə, bu sözləri "Ayntraxt"ın baş məşqçisi Adi Hütter Avropa Liqasının yarımfinalında "Çelsi"yə penaltilər seriyasında 3:4 uduzduqları (əsas vaxt -1:1) oyundan sonra deyib.

"Hamımız "Çelsi"ni məğlub etməyi və finala çıxmağı arzulayırdıq. Yenə də oyunçularım tərifə layiqdir. İndi Bundesliqada iki matçımız var. Tez bir zamanda bu görüşü unutmalıyıq" - deyə o bildirib.

A.Hütter insanların onların haqda danışmağının belə böyük uğur olduğunu söyləyib: "Mən əsəbiləşməməyə çalışıram və sakitliyimi qoruyuruam. Bu matçda həzz aldım və fəxr edirəm ki, belə oyunçularım var".

 


Etiketlər:  Çelsini məğlub etməyi arzulayırdıq Ayntraxtın baş məşqçisi


RƏYLƏR