Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 23:56
Apple şirkəti dəfələrlə iOS əməliyyat sisteminin təhlükəsizliyi barəsində danışıb. Lakin istifadəçilər hələ də bu mobil əməliyyat sistemində olan bir sıra problemlər ilə qarşılaşırlar. Beləliklə iOS 13.3-də aşkar edilmiş yeni sistem boşluğu bir neçə müddət bundan öncə uşaqların kənar şəxslərlə ünsiyyətini məhdudlaşdıran funksiyanı əhatə edir. Aşkar edilmiş sistem boşluğu nəticədə əksinə uşaqların kənar şəxslər ilə ünsiyyətini mümkün edir.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, söhbət, ünsiyyətin məhdudlaşdırılması funksiyasından gedir. Bu funksiya müəyyən kateqoriya kontaktlar ilə ünsiyyəti və Apple şirkətinin Facetime, iMessage və iCloud kimi servislərini deaktiv edir. Sözügedn funksiyanın ideyası ondan ibarətdir ki, bu funksiyadan istifadə etməklə valideynlər öz uşaqlarının kənar şəxslər və smartfonda olmayan kontaktlar ilə ünsiyyətlərini deaktiv edə bilərlər. Bu funksiyanın aktivləşdirilməsindən sonra PIN kodu daxil etməyənə kimi iPhone-a yeni kontaktları əlavə etmək olmur.
Lakin bir nüans var. Sözügedən məhdudlaşdırma smartfondakı kontaktlar siyahısının iCloud bulud servisi ilə sinxronlaşdırılmasının deaktiv olması halında kontaktlarda olmayan nömrələrə zəngləri əhatə etmir. Bununla yanaşı azyaşlı uşaq Apple Watch-dakı Siri səsli köməkçisi vasitəsilə yeni nömrəni asan şəkildə əlavə edə və beləliklə yeni kontaktlar ilə ünsiyyət yarada bilər. Apple şirkəti artıq bu problemdən xəbərdardır və əməliyyat sistemi üçün yenilənmənin təqdim olunmasına kimi valideynlərə uşaqların istifadə etdikləri iPhone-ların iCloud ilə sinxronlaşdırılmasının aktiv edilməsini məsləhət görür.