Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 12:50
Dekabrın 12-15-də Azərbaycanda karatenin Kempo növü üzrə Avropa çempionatı keçirilib. Çempionata 20 ölkədən 600-ə yaxın idmançı qatılıb.
Sonxeber.net xəbər verir ki, ölkəmizi 63 kq çəki dərəcəsində Azərbaycan Texniki Universitetinin (AzTU) 2-ci kurs tələbəsi Əli Abdullazadə təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tələbə Əli Abdullazadə ilə görüşüb, uğurlar arzu edib.