Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Makqreqorun döyuşünü niyə izləməliyik ki?”

“Makqreqorun döyuşünü niyə izləməliyik ki?”

Tarix: 18 Dekabr 2019 13:52

UFC çempionu Həbib Nurmaqomedovun atası Abdulmanap Nurmaqomedov oğlunun prinsipial rəqibi Konor Makqreqorun döyüşünü canlı izləyəcəyi haqda xəbərləri təkzib edib.

Qol.az xəbər verir ki, daha öncə bu fikri UFC prezidenti Deyn Uayt səsləndirib. O qeyd edib ki, dağıstanlı idmançı UFC 246 turniri çərçivəsində ABŞ-da keçiriləcək Konor Makqreqor - Donald Serrone döyüşünü izləyə bilər.

“Mən onun sözlərini şərh edə bilmərəm. İlk dəfədir eşidirəm. Biz hansı məntiqlə bu turnirə getməliyik. Donald Serrone yaxşı oğlandır. Amma mənim ABŞ-a getmək üçün heç vizam da yoxdur. Niyə biz bu döyuşə getməliyik?” - deyə ata Nurmaqomedov bildirib.

Xatırladaq ki, Konor - Serrone döyüşü yanvarın 18-si Las-Veqasda keçiriləcək.

 


Etiketlər:  Makqreqorun döyuşünü niyə izləməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ