Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Makqreqorun döyuşünü niyə izləməliyik ki?”

“Makqreqorun döyuşünü niyə izləməliyik ki?”

Tarix: 18 Dekabr 2019 16:16

UFC çempionu Həbib Nurmaqomedovun atası Abdulmanap Nurmaqomedov oğlunun prinsipial rəqibi Konor Makqreqorun döyüşünü canlı izləyəcəyi haqda xəbərləri təkzib edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, daha öncə bu fikri UFC prezidenti Deyn Uayt səsləndirib. O qeyd edib ki, dağıstanlı idmançı UFC 246 turniri çərçivəsində ABŞ-da keçiriləcək Konor Makqreqor - Donald Serrone döyüşünü izləyə bilər.

"Mən onun sözlərini şərh edə bilmərəm. İlk dəfədir eşidirəm. Biz hansı məntiqlə bu turnirə getməliyik. Donald Serrone yaxşı oğlandır. Amma mənim ABŞ-a getmək üçün heç vizam da yoxdur. Niyə biz bu döyuşə getməliyik?" - deyə ata Nurmaqomedov bildirib.


Etiketlər:  Makqreqorun döyuşünü niyə izləməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ