Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zeynəb Xanlarova ilə bağlı açıqlama yayıldı: Heç bir yerə köçməyib...

Zeynəb Xanlarova ilə bağlı açıqlama yayıldı: Heç bir yerə köçməyib...

Tarix: 18 Dekabr 2019 16:54

"Son günlər Zeynəb Xanlarova haqqında həqiqətə uyğun olmayan təbliğat xarakterli məlumatlar yazılır. Guya Zeynəb Xanlarova Amerikaya köçüb. Yalandır! Zeynəb Xanlarova vətənini, millətini, xalqını sevən insandır. Bu səbəbdən heç bir yerə köçməyib və köçmək fikri də yoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova açıqlamasında deyib. Aktrisa bibisi ilə bağlı yayılan məlumatlara reaksiya verib. O bildirib ki, Xanlarova Amerikaya köçməyib:

"Bilərəkdən, Zeynəb xanımın adına Milli Məclisdə heç vaxt demədiyi sözləri, təklifləri yazırlar. Yayılan şayiələrə inanmayın! Onların məntiqi ilə düşünsək, Azərbaycan parlamenti ancaq Zeynəb Xanlarovanın qaldırdığı məsələləri həll edirmiş. Zeynəb Xanlarova azdanışan, amma hər dəfə ən vacib məsələni qabardan barmaqla sayılacaq deputatlarımızdandır. Hər zaman cəsarətli çıxışları ilə digər həmkarlarından fərqlənib.

Zeynəb Xanlarovadan başqa kim Milli Məclisdə Xəzər dənizinin hasarlanaraq xalqın əlindən alınmasından danışıb? Kim işğal altında olan torpaqlarımızın azad edilməsi üçün müharibə etməkdən başqa çıxış yolumuzun olmadığını danışıb? Uzun illərdir Qarabağın qaytarılması ilə bağlı ATƏT-in Mins qurupuna qulaq asmağımızın mənasız olduğunu dilə gətirib. Zeynəb Xanlarovadan başqa kim xalqın maddi durumunun yaxşı olmadığını, Türkiyədə rastlaşdığı hadisəni danışaraq Cənab Prezidentə çatdırıb?".

M.Xanlarova bibisinin Amerikada sahib olduğu mülklərlə bağlı isə bunları qeyd edib:


Etiketlər:  Zeynəb Xanlarova ilə bağlı açıqlama yayıldı Heç yerə köçməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ