Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 19:48
Bakı. Ləman Zeynalova - Trend:
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və SOCAR AQS MMC enerji sektorunda regional əməkdaşlığın inkişafı üzrə tərəfdaşlıq sazişi imzalayıb.
Trend bu barədə banka istinadən məlumat verir.
QDTİB sazişə əsasən bankın üzv ölkələrindən sənaye avadanlığı və materialların idxalının maliyyələşdirilməsi üçün SOCAR AQS-ə 20 milyon avro məbləğində kredit xətti təqdim edir.
Saziş Rusiya, Rumıniya, Türkiyə və Ukraynadan boru, qazma qurğuları, quyulara xidmət avadanlıqları, generator və kran avadanlıqlarının satın alınması hesabına regiona və inkişafa güclü təsir göstərəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin