Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 11:30
İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış "Barselona" - "Real" oyunundan əvvəl və sonra iğtişaş yaşanıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, görüşdən əvvəl polis Kataloniyanın müstəqilliyi üçün mübarizə aparan "Tsunami Democratic" təşkilatın bəzi üzvləri stadiona buraxılmayıb. Bundan sonra onlar dəmir hasarı sındırıb, polisə daş və şüşə tullayıb. Baş verənlərə görə 9 nəfər həbs edib.
Matçdan sonra "Nou Kamp" yaxınlığında Kataloniyanın müstəqilliyi ilə bağlı etirazçılarla polislər arasında iğtişaş davam edib. Nəticədə 46 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşın qarşısını almaq rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər.
Qeyd edək ki, "El Klasiko" qolsuz bərabərliklə yekunlaşıb.
Bizi Feysbukda da izləyin!
Yuxarı