Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“AFFA dedi ki, “Qəbələ”yə yardım edə bilmirik” – Fariz Nəcəfov

“AFFA dedi ki, “Qəbələ”yə yardım edə bilmirik” – Fariz Nəcəfov

Tarix: 19 Dekabr 2019 15:00

“Qəbələ” klubun gələcək taleyi ilə bağlı mətbuat konfransı keçirib.

Qol.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, futbol klubu “Jalə” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Klubun prezidenti Fariz Nəcəfov bu barədə danışıb: “Klubun ətrafında büdcə ilə bağlı məlumatlar dolaşırdı, müzakirə olunurdu. Müəyyən mənada bu məlumatlarda həqiqət var idi. “Gilan” klubumuzun təsisçisi və əsas sponsoru idi. Büdcə ilə bağlı rəsmi olmasa da, şifahi şəkildə maliyyənin azalacağı bildirilmişdi. Klubun dağılacağı deyilirdi. Marketinq baxımından işlər görürük. Başqa şirkətlərlə də davam edirdik”.

Fariz Nəcəfov AFFA ilə də danışıqlar aparıldığını qeyd edib: “Elxan Məmmədovla müzakirə etmişik. Müraciətimizin əsas məqsədi büdcə ilə bağlı idi. Federasiya bizə heç bir yardım göstərə bilməyəcəyini söylədi. İcraiyyə Komitəsində məsələnin necə müzakirə olunduğunu bilmirik. Sadəcə bizə bildirdilər ki, yardım edə bilmirik. Sponsor axtarışlarımız bəhrə verdi. “Qəbələ”nin dağılması Azərbaycan futboluna zərbə ola bilərdi. Növbəti sponsorlarla danışıqlar gedir”.

 


Etiketlər:  AFFA dedi Qəbələyə yardım edə bilmirik Fariz Nəcəfov


RƏYLƏR