Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 15:28
Şimali Makedoniya Azərbaycan qazına çıxış əldə etmək üçün Bolqarıstanla qaz borusu tikmək niyyətindədir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Şimali Makedoniya və Bolqarıstan ticarət-sənaye palatalarının nümayəndələri tərəfindən hazırlanan təşəbbüs hər iki ölkənin baş nazirləri Zoran Zayev və Boyko Borisova təqdim edilib.
Boru kəmərinin Şimali Makedoniyanın Strumitsa şəhərindən Bolqarıstanın Petriç şəhərinədək uzanması çəkilməsi nəzərdə tutulur. Layihə 20-25 milyon avro dəyərində qiymətləndirilir və üç ay ərzində başa çatacağı gözlənilir.
Z.Zayev bildirib ki, Strumitsa və Petriç şəhərləri arasında mayeləşdirilmiş qaz nəql edən boru sistemi artıq mövcuddur və ikinci boru kəməri ölkələrin Trans-Adriatik boru kəmərinə çıxışını asanlaşdıracaq.