Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 18:40
"Bu dövrün adamı deyiləm, bu dövr üçün yaranmamışam. Səmimi adamam, gördüyümü deyən adamam. Çox nadir hallarda özümü saxlaya bilirəm. Deməsəm, uzun illər özümə nifrət edəcəm. Heç kimin rəyi məni maraqlandırmır".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Ağ və qara" verilişində Əməkdar artist Gülşad Baxşiyeva söyləyib.
Aktrisa bildirib ki, hər zaman düzünü dediyi üçün problemlər yaşayıb:
"Həmişə düzünü demişəm. Ailədə də belə olmuşam. Özümdən böyük qardaşıma da qarşı bunu etmişəm. Bir az gözəgəlimli olmuşam. Biz altı uşaq idik, baxırdım ki, başqasının payını yeyib. Görmüşəm düz eləmir, yaxasına yapışıb divara çırpırdım. Bütün bunlar uşaqlıqdan başlayıb. Düzlə dolanmaq çox çətindir.