Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2019 17:30
Bakı. Trend:
GoldenPay şirkətinin İdarə Heyətinin Üzvü, Məhsulların inkişafı və Marketinq üzrə direktor Tuğba Uçar ADA Universiteti tələbələri üçün "Marketinq planı necə hazırlanmalı?" mövzusunda seminar keçib. Eyni adlı növbəti seminarı ASAN Xidmət könüllüləri üçün həyata keçiriblər.
Seminarda marketinqin strateji planlaşdırılması, rəqabət mühitinin təhlili, müştələrin təhlili, rəqiblərin təhlili, bazar məqsədlərinin seçilməsi, xidmətlərə və müştərilərə münasibətdə üstünlük əsasında rəqabət, elektron marketinq əsasında rəqabət, 21-ci əsrin marketinq strategiyaları haqqında danışılıb.
Maraqla qarşılanan seminarda Tuğba xanım iştirakçıların suallarını cavablandırdı və onlara karyera həyatlarında uğur qazanmaq üçün məsləhətlər verib. Hesab.az hər zaman gənclərin üçün maarifləndirici seminarların təşkil olunmasında yaxından iştirak edib. İl ərzində Hesab.az onlayn ödəmə portalının mütəxəssislərinin iştirakı ilə seminarların həyata keçirilməsi planlaşdırılır.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin